Rusiya ordusunun Baş Qərargah rəisi: Moskva Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması səylərini davam etdirir - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, Moskva Ermənistanla Azərbaycan arasında ən kəskin fikir ayrılıqlarının həlli və sülh müqaviləsinin bağlanması istiqamətində işləri davam etdirir.

Olaylar.az xəbər verir ki, Rusiyadakı xarici hərbi attaşelər üçün brifinqdə çıxış edən Gerasimov ölkəsinin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, eləcə də Ermənistanla Azərbaycan arasında ən kəskin fikir ayrılıqlarının həlli üzrə siyasi yöndə məqsədyönlü iş apardığını qeyd edib:

"Zaqafqaziyada vəziyyət gərgin olaraq qalır, lakin sabitləşməyə meyillidir."

Əlavə olaraq o, Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağda öz vəzifələrini yerinə yetirməyə davam etdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31