Azərbaycan dövləti Xankəndi kimi vacib bir şəhərdə Qarabağ və MOİK arasındakı oyunu təşkil edir-Tural İsmayılov- ÖZƏL

"Nəzərə almaq lazımdır ki, Xankəndidə keçirilən oyunun çox böyük əhəmiyyəti var. " 
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Biz bu hadisəyə təkcə futbol maçı hadisəsi kimi yanaşmamalıyıq. Əvvəla, ilk dəfə Azərbaycanın suverenliyinin bərpa olunduğu bütün ərazilərdə Azərbaycan üçün önəmli bir yarış keçirilir. Xankəndi 30 il boyunca müxtəlif separatçılığın və terrorçuluğun mərkəzi halına gəlmişdir. İndi orda separaçılıq sona çatıb və Azərbaycan dövləti Xankəndi kimi vacib bir şəhərdə Qarabağ və MOİK arasındakı oyunu təşkil edir. Digər bir tərəfdən bu oyunda cənab Prezidentin həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmə yönəlik çox maraqlı və dəqiq fikirləri və şərhləri var idi. Bu da müstəsna əhəmiyyətə malik idi. Bütövlükdə bu gün Xankəndidə keçirilən oyun sadəcə bir futbol maçı prizmasından dəyərləndiriləcək hadisə deyil. Bunun çox böyük siyasi, psixoloji və mənəvi tərəfləri mövcuddur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31