Xankəndinin güclü futbol klubu təsis edilə bilər - Elxan Şahinoğlu - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Xankəndidə Azərbaycan çempionatı kubokunun yarışının keçirilməsinin böyük idman yarışı olmaqla yanaşı, siyasi əhəmiyyəti də var."

Bu sözləri Olaylar.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzi rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib:

"Bütün beynəlxalq aləmə, Ermənistana mesajdır ki, Qarabağ Azərbaycan ərazisidir. Xankəndi Azərbaycanın şəhəridir. Bundan sonra burada, Qarabağda bərpa işləri sürətlənəcək, həm də idman yarışları keçiriləcək. Beynəlxalq aləm də buna alışmalıdır. Qarabağ Futbol Klubuna gəldikdə, əlbəttə, Ağdam futbol klubudur və İmarət böyük stadionu da bu klub üçün tikiləcək. Hesab edirəm ki, Qurban Qurbanovun müraciəti müsbət cavablandırılmalıdır ki, "Qarabağ"-ın baş məşqçisi Qurban Qurbanov deyib ki, kubok oyunlarını Xankəndi stadionunda keçirməyə hazırdırlar. Bu doğru yanaşmadır. Mümkündür ki, gələcəkdə Xankəndi stadionu biraz genişləndirilsin. Bunu da istisna etmirəm ki, Ağdam bərpa olunandan sonra Qarabağ FK Ağdamın təmsilçisi olmaqla yanaşı, Xankəndinin özünün də güclü bir futbol klubu təsis edilə bilər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31