Bəzi müxalifət partiyaları xaricdən gələn sifarişləri yerinə yetirirlər - ÖZƏL
21 Dekabr 2023 18:09 Siyasət"Müxalifət hər zaman Azərbaycanda seçkilərlə bağlı çağırış edir, ölkədə bərabər şərait yaradılmasını dilə gətirir. Dövlət bu gün bu addımı atıb. Bunun üçün lazımi şərait yaradılıbdır".
"Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib:
"Seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Həmçinin, növbədənkənar seçkilərin keçirilməsi qərarından sonra AXCP üçün qurultayının keçirilməsinə icazə verilib və bu məqsədlə Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində şərait yaradılıb. Belə bir tarixi məqamda müxalifətin bu addımı atması görünür ki, xaricdən verilmiş bir sifarişdi. Təəssüf ki, hələ də bəzi müxalifət partiyaları xaricdən gələn sifarişləri yerinə yetirirlər. Milli maraqlara deyil, xarici maraqlara xidmət edirlər. Onlarda olan bu xainlik, cəmiyyət arasında şübhə yaratmaq arzusu və digər bu kimi amillər müxalifətin fəaliyyətinin əsasını təşkil edir. Seçkilərə qərəzli şəkildə boykotun elan olunması xarici qüvvələrə xidmət edən siyasi təxribatdır".