Avropa ölkələrinin komandalarının Xankəndiyə gəlmək şansları var - ÖZƏL
21 Dekabr 2023 16:22 Siyasət"Xankəndidə keçirilən yarışın əhəmiyyətli tərəfi ondan ibarətdir ki, Azərbaycanın müstəqillik tarixində belə hal ilk dəfədir ki, yaşanır".
Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Tam olaraq Qarabağa qayıtdığımızı dünyaya sübut etmək üçün oradakı bütün imkanlardan istifadə etmək lazımdır. Bu futbol belə deyək, bir həmrəylik, sülh oyunudur. Əslində futbol dünya verilən bir mesajdır və hesab edirəm ki, Qarabağın bundan sonrakı oyunları orada, yəni Xankəndidə keçiriləcək və təbii ki, Qarabağın həm də avro liqada iştirakını nəzərə alsaq, dünyanın müxtəlif ölkələrinin, xüsusən də Avropa ölkələrinin komandalarının Xankəndinə gəlmək şansları var ki, bu da bizim üçün müsbətdir. Məncə, bu gün artıq həm də o stadionda qondarma rejimin bayrağında olan oturacaqların, formaların dəyişdirilərək, Azərbaycanın özünün dizayn etmiş olduğu formalarla oyuna başlaması həm də cəmiyyətdə də inamı artırır.
Düşünürəm ki, bu oyun sıradan bir oyun deyil, tarixə düşəcək bir oyundur. Çünki bu ilk dəfə keçirilir. Bundan sonra davamlı olaraq orada keçirilməsi arzuolunandır və məncə elə də olacaq. Amma hər halda bu yarışın bir də dünyaya bir mesajı ondan ibarətdir ki, biz artıq bu yerlərdə varıq, qayıtmışıq və dünya ictimaiyyəti bunu belə qəbul eləyib bizimlə hesablaşmalıdır".