Qarabağ bölgəsi sürətli inkişaf edir- ÖZƏL

"Hazırda tamamilə fərqli bir mərhələyə qədəm qoymuşuq. Üç ildir işğaldan azad edilmiş ərazilərimizdə genişiqmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir". "Olaylar" xəbər verir ki, bunu YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov deyib: "Tarixi Zəfərimizdən sonra Prezident İlham Əliyevin Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü aparıldı. Fərmanda qeyd edilir ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd olunan ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirdi. Yeni bölgüyə əsasən isə iqtisadi rayonların sayı 10-dan 14-ə çatdırıldı. Bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31