Azərbaycan ən islahatçı ölkə kimi tanınıb - ÖZƏL

"Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır. Təkcə son illərin islahatlar kursu ölkəmizin gələcək inkişafı barədə aydın təsəvvür yaradır". "Olaylar" xəbər verir ki, bunu YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib. Bildirib ki, beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan ən islahatçı ölkə kimi qərarlaşıb: "Dövlətimizin həyata keçirdiyi uğurlu islahatlar beynəlxalq səviyyədə təqdir edilir, inkişafın Azərbaycan modelinin öyrənilməsi və tətbiqi vacib amil kimi önə çəkilir.  Cənab İlham Əliyevin qeyd etdiyi kimi, hər yerdə islahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur.  Bu mühüm məqam da önə çəkilir ki, texnoloji inkişafda kim qabağa gedibsə, o da udacaq, kim geridə qalıbsa, asılı vəziyyətdə qalacaq. Ölkəmizdə yeni texnologiyaların inkişafına, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrıənilməsinə maraq günümüzün reallıqlarında, Azərbaycanın innovasiyalar ölkəsi kimi nüfuz qazanmasında özünün aydın ifadəsini tapır. Dünyaya Azərbaycan brendi kimi səs salan "ASAN xidmət", DOST mərkəzlərinin yaradılması da deyilənlərin təsdiqidir. Bu gün bu sıraya "ağıllı şəhər" və "ağıllı kənd" layihələri də daxildir. İşğaldan azad edilmiş torpaqlarımız bu layihələr əsasında yenidən qurulur, bərpa edilir. Azərbaycan dünyaya şəhərsalma təcrübəsini təqdim edir. Müasir dövrün tələbləri əsasında qurulan torpaqlarımız Azərbaycanın yeni texnologiyaların inkişafında və tətbiqində nə qədər maraqlı olduğunu təsdiqləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31