Siyasi acizliyin və məğlubiyyətin etirafı- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir. Öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirləri sadəcə ucuz demaqogiyadır". "Olaylar"ın məlumatına görə, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov deyib. Bildirib ki, əslində isə siyasi acizliyin və məğlubiyyətin etirafıdır: "Siyasi partiyalar haqqında" yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olmuşdur. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31