Bəzi müxalifət nümayəndələri manipulyasiya və siyasi alverlə məşğul olur- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Azərbaycanda növbədənkənar prezident seçkiləri elan olunduqdan sonra Əli Kərimlinin ənənəvi monoloqlarından bəlli olurdu ki, AXCP hər zaman olduğu kimi bu dəfə də seçkilərdə iştirakdan imtina edəcək, necə deyərlər, "boykot" tamaşası yolunu seçəcək". "Olaylar" xəbər verir ki, bunu YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib: "Şübhə yoxdur ki, AXCP bu "kirli" siyasi addımı atmaqla növbəti dəfə acizliyini, destruktivliyini nümayiş etdirdi, sifarişli siyasi təxribat ilə xalqa xəyanət yolunu seçdi. Əli Kərimli qrant layihələrini vacib bilərək "boykot" tamaşası vasitəsilə sabit ictimai və siyasi münasibətlərdə emosional və qalmaqallı situasiya yaratmaq, antiAzərbaycan dairələrinin təxribatlara yol açan planlarına oynamaq niyyətini ortaya qoydu. Manipulyasiya və siyasi alver ilə məşğul olan Əli Kərimli hətta, seçkilərdə iştirakdan imtina etməklə az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31