“Boykot” şousu, yoxsa xəyanət elementi?
22 Dekabr 2023 10:37 SiyasətÖlkənin Mərkəzi Secki Komissiyası gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı qanuni prosedurları həyata keçirməkdədir. Demək olar ki, respublikanın bütün ərazisi, o cümlədən işğaldan azad edilmiş rayonlar seçkilərin keçirilməsi üçün hazır vəziyyətə gətirilib. Ölkədə fəaliyyət göstərən siyasi təşkilatlar da prezidentliyə namizədlərini elan ediblər. Bu, o deməkdir ki, Azərbaycanda siyasi partiyaların prezident seçkilərinə qatılması üçün münbit şərait yaradılıb. Hələlik isə İlham Əliyevin Prezident seçkilərinə namizədliyinin irəli sürülməsi təsdiqlənib. Yeri gəlmişkən qeyd edək ki, müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq ölkənin bütün ərazisində seçki keçirilir. Artıq seçkini müşahidə edəcək beynəlxalq təşkilatlar ölkəmizə dəvət edilib. İndiyə qədər görülən işlər deməyə əsas verir ki, müstəqil, suveren Azərbaycanda növbədənkənar prezident seçkiləri tam şəffaf və demokratik qaydada keçiriləcək. Xatırladaq ki, növbədənkənar Prezident seçkilərinin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı əslində universal fürsətdir.
Çox təəssüf ki, bəzi siyasi dairələr prezident seçkilərinə qatılaraq sivil qaydada mübarizə aparmaq əvəzinə, potensiallarını ölkədə xaos yaratmağa sərf edirlər. Bir neçə gün öncə bəzi qrant təəssübkeşlərinin verdikləri açıqlama fikrimizi bir daha təsdiq etmiş olur. Əslində sözügedən tamaşa siyasi proseslərə münasibət yox, xarici havadarlar qarşısında hesabat idi. Özünü radikal müxalifət adlandəran kəsim çox yaxşı bilir ki, prezident seçkilərinə qatılsalar biabırcasına məğlub olacaqlar. Çünki, hazırki şəraitdə prezident İlham Əliyevə alternativ kimsə yoxdur. Adını Azərbaycanın hərb tarixinə qalib sərkərdə kimi həkk etdirən İlham Əliyev misli görünməmiş zəfərə nail olub. İki yüz il ərzində ölkəyə rəhbərlik edən liderlərin, son 30 oldə isə dünyanın ən nüfuzlu güc mərkəzlərinin həll edə bilmədiyi məsləni sona çatdırıb. Daha dəqiq, işğal altında olan torpaqları geri qaytararaq Azərbaycanın ərazü bütövlüyünü təmin edib, təkcə regionda deyil, bütün dünyada yeni reallıqlar yaradıb. İndi Azərbaycanın imzası olmadan Cənubi Qafqazda heç bir layihənin reallaşdırılması mümkün deyil. Dünya liderləri İlham Əliyevi ən etibarlı tərəfdaş kimi qəbul edir, Azırbaycanın Avropa ölkələri üçün nə qədər əhəmiyyət daşıdığının fərqindədirlər. Belə bir halda təbii ki, müxalifətin legitim liderə uduzacağı şübhə doğurmur. Məhz bu amilləri nəzərə alan müxalifət havadarları qarçısında hesabat verməyi seçkiyə qatılmaqla elektoratlar qarşısında hesabat verməkdən üstün tutur.
Qeyd edək ki, seçkini baykot edən AXCP-nin mövqeyi hələ seçkilər elan edilməmişdən əvvəl bəlli idi. Ənənəvi mövqeyini ortaya qoyan "ana müxalifət" pariyası təbii ki, seçkidə uduzacağına əmin olduğundan alternativ variant kimi manipulyasiyanı seçir. AXCP sədri Əli Kərimlinin bu "şansının" da fiaskoya uğrayacağı gün kimi aydındır. Odur ki, Azərbaycanın qalibiyyətini həzm edə bilmədiyindən ağasına xidmət yolunu seçir. Birmənalı şəkildə qeyd edilməlidir ki, sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etməkdən imtina etməyin əsas səbəbi odur ki, Kərimli heç bir nüfuza sahib olmadığını, seçkilərdə birabırçı şəkildə uduzacağını və havadarlarının qarşısında pis vəziyyətə düşəcəyini yaxşı bilir. Belə halda siyasi karyerası üçün ümid yeri axtarmaqdan ötrü uzun yola çıxır. Yəqin Əli Kərimli dərk etməmiş deyil ki, Azərbaycanın qalibiyyətini həzm edə bilməyən müxtəlif siyasi qüvvələrin sifarişlərini yerinə yetirməklə çirkin missiyanın icrasına çevrilmiş olur. Ancaq, məlum deyil ki, Azərbaycan xalqına qarşı çirkin əməlləri sevə-sevə həyata keçirmək hansı istəkdən, hansı məsləkdən irəli gəlir? Qeyd edək ki, destruktiv müxalifətin sağlam rəqabət əvəzinə təxribatları seçməsi və qərəzli şəkildə boykot elan etməsi xarici qüvvələrə xidmət edən siyasi təxribatdır. Çünki, "boykot" siyasi rəqabət metodu deyil, qərəzli informasiya manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır. Lakin bütün sadalananlara baxmayaraq əminliklə qeyd etmək olar ki, müdrik Azərbaycan xalqı Vətəni, dövləti, milləti satan müxalifət öndəgedənlərini deyil, özünün əsl xarizmatik liderini dəstəkləyəcək. Əli Kərimli və onun donorlarının arzusu isə ürəklərində qalacaq. Çünki, Azərbaycanda xalq-iqtidar birliyi yüksək səviyyədədir. Xalq öz liderini sevir və hər zaman dəstəkləyəcək.
Alim