Mərkəzi Seçki Komissiyasının sədri seçicilərə MÜRACİƏT EDİB
20 Dekabr 2023 13:47 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçicilərə müraciət edib.
Olaylar.az-ın məlumatına görə, MSK sədri jurnalistlərə açıqlamasında bütün Azərbaycan vətəndaşlarını seçkidə aktiv iştirak etməyə çağırıb.
O qeyd edib ki, hər bir seçki hüququ olan Azərbaycan vətəndaşı harada yaşamasından asılı olmayaraq, seçkilərdə iştirak etməlidir.
"Bizim üçün hərbçidir və yacəzaçəkmə müəssisəsində olan məhbusun heç bir fərqi yoxdur. Bizim üçün sadəcə seçici var. Hüququ olan seçici öz hüququnu həyata keçirməlidir", - deyə o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31