Azad edilmiş ərazilərə yeni köçən insanlar orada səs verəcək – Məzahir Pənahov

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

İşğaldan azad edilmiş ərazilərə növbədənkənar Prezident seçkilərinə qədər köçürülmə olsa, həmin insanlar orada səs verə biləcəklər.

Olaylar.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, qanunvericiliyə əsasən, seçici 6 ay ərzində yaşadığı yer üzrə qeydiyyata alınır.

"Bu gün azad olunmuş ərazilərdə 23 mindən çox seçici var. Yeni seçicilər gedərsə, yeni köç olarsa, 6 ay tamamlanmasa da, biz qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin edəcəyik ki, onlar da orada səs verə bilsinlər", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31