Müəssisələrin sayı artmalıdır ki, insanlar növbə gözləyə-gözləyə vəfat etməsinlər - Komitə sədri
20 Dekabr 2023 13:03 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Orqan transplantasiyası üçün müəssisələrin sayı artmalıdır.
Olaylar.az xəbər verir ki, bunu TƏBİB-in 5 illiyinə həsr edilmiş tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O, həmçinin qeyd edib ki, icbari tibbi sığortaya daxil olan xidmətlərin sayı da artmaqda davam edir.
Onun sözlərinə görə TƏBİB buna hazır olmalıdır.
"Orqan transplantasiya üçün kadr potensialının kifayət qədər olduğunu düşünürəm. Müəssisələrimizin səviyyəsi yüksəkdir. Onların sayı artmalıdır. Bu əməliyyatlara ehtiyacı olan xəstələrin sayı çoxdur, növbələr var. Bəzən insanlar növbə gözləyə-gözləyə vəfat edirlər. Müəssisələrin sayı da artmalıdır ki, insanlar növbəyə gözləyə-gözləyə vəfat etməsinlər ",- deyə o bildirib.
Qeyd edək ki, TƏBİB-in 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbiri keçirilir.
Tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Səhiyyə naziri cənab Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri, millət vəkili cənab Əhliman Əmiraslanov və digər rəsmilər iştirak edir.