Sabunçu rayonu üzrə YAP Seçki Qərargahının iclası keçirilib- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının 17.12.2023-cü il tarixli qərarı ilə tərkibi təsdiq edilmiş Bakı şəhəri, Sabunçu rayonu üzrə Yeni Azərbaycan Partiyasının Seçki Qərargahının iclası keçirilib. "Olaylar" xəbər verir ki, b barədə millət vəkili Əlabbas Salahzadə məlumat verib. Bildirib ki, iclasda əhali arasında maarifləndirmə və təbliğat işlərinin mükəmməl surətdə həyata keçirilməsinin vacibliyi vurğulanıb: "Qeyd olunub ki, bu istiqamətdə görüləcək işlər Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının tövsiyə və tapşırıqları əsasında aparılmalıdır. Görüşdə həmçinin qərərgah üzvləri arasında iş bölgüsü aparılıb. Qərargah üzvləri də növbədənkənar Prezident Seçkilərində cənab Prezident İlham Əliyevin qələbə qazanacağına əminliklərini ifadə etmiş, bunun üçün də üzərlərinə düşən hər bir işin öhdəsindən layiqincə gələcəklərini bildirmişlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31