Son 20 ildə əldə edilən nailiyyətlər İlham Əliyevin misilsiz xidmətlərinin nəticəsidir ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il 15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə üçrəngli bayrağımızı ucaltması ilə Azərbaycan bütövləşdi. Aparılan məqsədyönlü siyasət nəticəsində gənclər son 30 il ərzində daim bu fikirlə böyüyürdü və bilirdi ki, Qarabağ təkcə torpaq məsələsi deyil, Qarabağ həm də namus, qeyrət məsələsidir". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasovun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpa olunması və bütövləşməsi xalqımızın şərəfini özünə qaytardı: "Son 20 ildə əldə edilən nailiyyətlər  Prezident İlham Əliyevin misilsiz xidmətlərinin nəticəsidir. Cənab İlham Əliyev öz fəaliyyəti ilə liderlik statusuna yeni anlamlar qazandıran bir şəxsiyyətdir. Təbii ki, O, Azərbaycanın dünya arenasında tanıdılması üçün misilsiz xidmətlər göstərib. Prezident İlham Əliyevin bütün fəaliyyəti ərzində milli məfkurəyə yönəlik siyasət yürüdüb, azərbaycançılıq ideologiyasını uca tutub, milli məfkurənin bütün dəyərlərini, bütün çalarlarını qoruyub. Dövlət suverenliyinin tam təmin olunması, beynəlxalq müstəvidə mövqelərimizin daha da möhkəmlənməsi, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı möhtəşəm uğurların nümunəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31