Azərbaycanın demokratik seçkilərin keçirilməsində təcrübəsi mövcuddur - Konstitusiya Məhkəməsinin sədri

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Azərbaycanın demokratik seçkilərin keçirilməsində təcrübəsi mövcuddur.

Olaylar.az-ın məlumatına görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O qeyd edib ki, hər bir insan öz aktiv seçki hüququndan istifadə etməlidir. "Hər bir Azərbaycan vətəndaşını seçkilərdə fəal iştirak etməyə çağırıram", - deyə o əlavə edib.

F.Abdullayev deyib ki, burada hər birimizin üzərinə məsuliyyət düşür.

"Biz bu məsuliyyətimizi layiqincə yerinə yetrməliyik. Azərbaycan sabitlik adasına çevrilib. Bunu dərk edib qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Biz birgə iş birliyimiz və əməkdaşlığımız nəticəsində prezident seçkilərini uğurla keçirməyə nail ola bilərik", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31