Bu gün Azərbaycan siyasi-iqtisadi meyarlar üzrə kimdənsə asılı deyil- ÖZƏL
20 Dekabr 2023 11:50 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Olkəmizin əldə etdiyi uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin yaratdığı yeni reallıqlar, yürütdüyü tam müstəqil siyasət və qlobal lider kimi artan nüfuzunun nəticəsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib. Bildirib ki, etibarlı tərəfdaş statusuna sahiblənən Prezident İlham Əliyev həyata keçirdiyi diplomatiya ilə əsl reallığı nümayiş etdirir: "Bu gün Azərbaycan siyasi-iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı deyil. Hətta ölkəmiz istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından dünyada ən qabaqcıl yerlərdədir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31