Azərbaycanda seçicilərin sayı artıb
20 Dekabr 2023 11:44 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Azərbaycanda seçicilərin sayı artıb.
Olaylar.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O qeyd edib ki, seçici siyahıları yenidən dəqiqləşdirlib və seçici sayının artması müəyyən olunub.
Onun sözlərinə görə, seçicilərin ümumi sayı 6 milyon 354 min 556 nəfər təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31