Müəyyən qərəzli beynəlxalq qurumlar var ki, seçkilərdən sui istifadə edirlər - MSK sədri

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Müəyyən qərəzli beynəlxalq qurumlar var ki, seçkiləri müəyyən siyasi maraqları təmin etmək üçün tədbir kimi görürlər və bundan sui istifadə edirlər.

Olaylar.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O qeyd edib ki, biz öz işimizi elə etməliyik ki, onlar bizim üçün bəhanə tapmaqda çətinlik çəksinlər.

"Heç kimi arxayınlaşmağa haqqı yoxdur. Onsuzda o beynəlxalq qurumlar qərəzli yanaşacaqlar", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31