Şəffaflıq baxımından bizim göstəricilər beynəlxalq standarlara uyğundur - Məzahir Pənahov

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən lazımi addımlar atılır.

Olaylar.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O qeyd edib ki, MSK üzərinə düşən tədbirləri yüksək səviyyədə həyata keçirir.

M.Pənahov bildirib ki, seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı ölkədə ictimai siyasi sabitlik var. "Seçkilərin keçirilməsi üçün Azərbaycanda beynəlxalq səviyyədə qanunvericilik mövcuddur. Şəffaflıq baxımından da bizim göstəricilər beynəlxalq standarlara uyğundur", - deyə M.Pənahov əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31