Sumqayıtda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib- ÖZƏL
20 Dekabr 2023 10:34 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib: "Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri və deputat həmkarlarımla birlikdə iştirak etdik. Əvvəlcə parkın mərkəzində Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarımızı bildirdik. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın dövlət himni səsləndirilib. Ulu öndərə həsr olunmuş film nümayiş etdirildi".