ABŞ vəd olunan silahları Ukraynaya göndərmir - ÖZƏL
20 Dekabr 2023 10:22 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"ABŞ Ukraynaya hərbi yardımları azaltması, ümumiyyətlə hücum üçün aviasiya və digər hücum silahları ilə təmin etməməsi Rusiyanın təşəbbüsü alması ilə nəticələnir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, ABŞ vəd olunan silahları göndərmir və 61 milyard dollar vəsaitin verilməsi Kongrensdən keçmir. Avropa İttifaqı da 50 milyard dollar vəsaiti Ukraynaya ayıra bilmir:
"Bu da Kremli cəsarətləndirir. Görünür, ABŞ başda olmaqla Qərb koalisiyası Rusiyanın Ukraynanın şərqini işğal etməsinə "yaşıl işıq" yandıra bilər. Ukrayna müdafiə xətti çəkib, bununla da yeni "sərhəddi" ilə barışmalı ola bilər. Qərbdə bundan sonra Rusiya ilə danışıqlara gedib atəşkəs əldə edərək Ukraynanı NATO daxil edə bilərlər. Qərb üçün Ukraynanın şərqinin işğalı əhəmiyyət kəsb etmir. 2024-cü il Rusiyanın intensiv hücum əməliyyatlarına başlaması gözlənilir".