Azərbaycanın qazandığı uğurlar dünyanın diqqət mərkəzindədir- ÖZƏL
20 Dekabr 2023 10:15 Siyasət"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən həyata keçirdiyi bütün tədbirlər, islahatlar və layihələr bir dövlət olaraq Azərbaycanın dünyanın və regionun ən güclü dövlətlərdən birinə çevrilməsinə xidmət etmişdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, ölkəmiz son illər ərzində qazandığı uğurlar və qələbələrlə dünyanın diqqət mərkəzindədir:
"Prezident İlham Əliyev "Euronews" televiziyasına verdiyi müsahibədə həmçinin ölkəmizin daxili və xarici siyasətindən, iqtisadiyyatımızın inkişafının xüsusiyyətlərindən və buna səbəb olan amillərdən bəhs etdi. İlham Əliyev tərəfindən həyata keçirilən bütün tədbirlər ölkəmizin inkişafının təməlini təşkil edir. Hesab edirəm ki, bu müsahibə Azərbaycanın qarşısına qoyduğu hədəflərin həyata keçməsinə və gerçəkləşməsinə də öz töhvəsini verəcək".