ABŞ-nin xarici siyasətində ciddi dəyişikliklər yarada bilər... - Tural İsmayılov - ÖZƏL
19 Dekabr 2023 21:20 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Əlbəttə dünyada maraqlı geopolitik hadisələr baş verəcək. Çünki gələn il çox önəmli və prinsipial seçkilər keçiriləcəkdir. "
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Özəlliklə dünyanın iki əsas siyasi qütbü olan Rusiya və ABŞ-də keçiriləcək seçkilər sonrakı dövrdə qlobal politik konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək. Ukrayna müharibəsindən sonra Rusiyada ilk dəfə prezident seçkiləri keçiriləcək. Bu bütövlükdə Rusiya cəmiyyətinin, Rusiya ictimai rəyinin müharibəyə olan münasibətini bir daha ortaya qoymuş olacaq. Eyni zamanda Rusiyada hazırda müharibə ab-havasını da nəzərə aldıqda və hakimiyyətin də apardığı seçki təbliğatı fonunda da hansısa ciddi bir rəqabət şəraitinin gözlənilməyəcəyi müşahidə edilir. ABŞ-də isə demokratlar üçün bu seçkilər çox çətin olacaq, respublikaçıların və Trampın tərəfdarlarının sayı hər keçən gün daha da artır. Bütövlükdə demokratların hakimiyyəti dövründə ABŞ-nin xarici siyasətində iqtisadi ekspensionizm və neoimperialist cəhdlər daha da güclənib. Ona görə də bir çox coğrafiyalarda, ABŞ-də keçiriləcək seçkilərdə demokratların hakimiyyəti yenidən ələ almaqları ilə bağlı istəklər güclüdür. Bu baxımdan ABŞ-dəki seçkilər də maraqlı olacaq. Həmçinin Aİ-nin daxilindəki bir çox təşkilatlarda parlamentarilər seçiləcək, müəyyən seçki yarışları keçiriləcək. Hesab edirəm ki, konseptual dəyişikliklər gözlənilməsə də ABŞ-də hakimiyyətin demokratlardan respublikaçılara keçməsi ABŞ-nin xarici siyasət rektorunda ciddi dəyişikliklər yarada bilər. Ümumiyyətlə, indiyə qədər baş verən hadisələrin analogiyası göstərir ki, Amerikada demokratların hakimiyyətdə olduğu dövrlər təəssüflər olsun ki, Amerikanın dünyadakı başqa ölkələrə müdaxilə cəhdlərini daha da çoxaldıb. Bu baxımdan, respublikaçıların qələbə çalmasına olan inam dünya coğrafiyasında daha geniş yayılıb. "