İlham Əliyevin Prezidentliyə namizədliyi təsdiq edildi
19 Dekabr 2023 16:17 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi təsdiq edilib.
Olaylar.az-ın məlumatına görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul olunub.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Dekabrın 17-də YAP İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.