Ermənistan təkbaşına qərar verəcək siyasi iradəyə malik deyil- ÖZƏL
19 Dekabr 2023 15:34 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Ermənistanla Azərbaycan arasında yeni müharibənin başlama ehtimalı gözlənilmir". Olaylar xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Bildirib ki,
Ermənistan hakimiyyəti Vaşinqtonun təlimatı ilə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb:"Təbii ki, Ermənistan bu məsələdə təkbaşına qərar verəcək siyasi iradəyə malik deyil. Qeyd edim ki, ABŞ Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütövlüyünü tanımaqla Ermənistanı məcbur etdi ki, Azərbaycanın ikitərəfli danışıqlar təklifini qəbul etsin. Rusiya ABŞ -dan fərqli olaraq Qarabağın mübahisəli ərazi kimi davam etməsində maraqlı idi. Bir müddət bundan əvvəl, Vaşinqton Ermənistanın "Sülh qovşağı" adı altında planı ilə hərəkət etsə də, artıq bununla bağlı mövqeyini dəyişib.
ABŞ administrasiyası Azərbaycana qarşı sanksiya siyasətindən geri çəkilib. Ümumiyyətlə, dövlət katibi Entoni Blinken praqmatik siyasətçidir və Azərbaycanla əməkdaşlığa yüksək səviyyədə dəyər verir. Bugün rəsmi Bakının təklifi əsasında Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqların başlanmasında E. Blinkenin rolu var.
Gələn ay Vaşinqtonda xarici işlər nazirlərinin görüşü baş tutacaqsa, sülh müqaviləsinin mətni ilə bağlı həll edilməyən punktlar müzakirə ediləcək. Əgər, sülh müqaviləsi bağlanarsa, Ermənistan tərəfindən ABŞ, Azərbaycan tərəfindən isə, Türkiyənin sülh müqaviləsində imzası ola bilər. Çünki, Ermənistan hakimiyyəti, ABŞ -ın sülh müqaviləsindaqarant ölkə olmasında maraqlıdır".