Azərbaycan XİN Çinə başsağlığı verib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Azərbaycan Xarici İşlər Nazirliyi zəlzələ ilə bağlı Çinə başsağlığı verib.

Olaylar.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında qeyd edilib.

"Çində baş vermiş dağıdıcı zəlzələnin böyük insan itkisinə və yaralanmasına səbəb olması xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, dünən Pekində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 111 yerli sakin həlak olub, daha 230 nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31