Deputat parlamentdə uşaq pulundan danışdı

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Azərbaycanda həmişə var olan möhkəm ailə institutu dağılır. Qızların ana olmaq istəməməsi böyük problemdir". Olaylar xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı bildirib: "Boşanmalar, abort halları, qızların ana olmaq istəməməsi böyük problemdir: "Lakin sualım budur ki, Komitə uşaq pulu məsələsini dövlət qarşısında qaldırıblar ya yox?".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə bildirib ki, Azərbaycan hökumətinin təklif etdiyi proqramlara parlamentdə münasibət bildirilir: "Bizim bəzi sahələrdə ünvanlılığa üstünlük verdiyimiz sirr deyil. Qanunvericilikdə çoxuşaqlı ailələrin sayı məsələsinə baxmaq, uşağın sayını aşağı endirmək olar. Ünvanlı yardımların daha əlçatan olması ilə bağlı məsələlər həll edilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31