Milli Məclis Azərbaycanla Serbiya arasındakı sazişi ratifikasiya edib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Milli Məclis "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş"i ratifikasiya edib. "Olaylar"ın xəbərinə görə, bununla bağlı sənəd parlamentin bu gün keçirilən iclasında müzakirə olunub.

Sənəd 2023-cü il noyabrın 7-də Belqrad şəhərində imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31