Heydər Əliyevə xidmət edən həkim və tibb bacıları danışdı: Xəstəxanadan REPORTAJ – VİDEO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Azərbaycan Televiziyası (AzTV) Ümummilli lideri Heydər Əliyevin vəfat etdiyi Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasından reportaj hazırlayıb.

Reportajda Ulu öndərin müalicə aldığı xəstəxanada qarşılanmasından və müalicə prosesindən danışılıb, klinikada qaldığı otaqdan görüntülər nümayiş etdirilib.

Ümummilli lider Heydər Əliyevin şəxsi həkimi olmuş, Klivlend Klinikasının aparıcı cərrahı, Damar xəstəlikləri üzrə ulturasəs laboratoriyasının direktoru Murat Tuzçu bildirib ki, ömrünün son gününə kimi Ulu öndərin yanında olub. Həkim əməliyyat öncəsi və sonrası proses barədə məlumat verib.

Ulu öndərə xidmət etmiş tibb bacıları Marinela Kreis və Daella Uoldron da onunla bağlı xatirələrini danışıblar.

Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:

https://www.youtube.com/watch?v=mlvn99HvM7I

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31