Rusiyadan qayıdan kişi birinci həyat yoldaşını öldürür- Deputat
19 Dekabr 2023 12:29 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Özəl sektorda çalışan qadınlar çox çətinliklə qarşılaşırlar. İctimai-siyasi fəaliyyətlə məşğul olan qadınların da roluna diqqət yetirilməlidir". Olaylar xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib. Bildirib ki, seçkili oraqanlarda qadınların sayının artması diqqət mərkəzində olmalıdır: "Qadınların öldürülməsi gündəlik xəbərə çevrilib. Qaynata gəlnini güllələdi, ər arvadını öldürdü kimi xəbərlər hər gün yayılır. Elə gün 2, elə gün 7, ildə isə 1000 qadın öldürülür. Burada "Tik-tok", seriallar və informasiya texnologiyaların rolu var.
Artıq kəndlərdə qadınların ölümü baş verir. Rusiyadan qayıdan kişi burunci həyat yoldaşını öldürür. Bu çox pis nəticəyə gətitirib çıxarır. Televiziyalarda belə halları təbliğ edən seriallara son qoyulmalıdır".