Bu qərar Azərbaycan xalqının istəyinin ifadəsidir- Spiker

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Dekabrın 15-də Yeni Azərbaycan Partiyası sədr İlham Əliyevi fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə namizəd göstərib. Bu qərar Azərbaycan xalqının  istəyinin ifadəsidir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında deyib. Bildirib ki,   Azərbaycan prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində dünyanın ən inkişaf etmiş dövlətlər sırasına çıxıb: "44 günlük Vətən müharibəsi və likal xarakterli antiterror tədbirində İlham Əliyev adını sərkərdə kimi tarixə həkk edib.  Ərazi büyövlüyü, suverenliyi və ədalətin bərpası ilə xalqın qürurunu özünə qaytarıb. Əminliklə söyləmək olar ki, bundan sonra da prezident İlham Əliyev inamla irəliləyişi təmin edəcək, zirvələri fəth edəcək, yeni-yeni uğurlara imza atacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31