Bu seçki Zəfər seçkisi olacaq- ÖZƏL
19 Dekabr 2023 10:47 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"2024-cü ildə ilk dəfə olaraq qalib ölkə üçün prezident seçiləcək. Vətən müharibəsində qazandığımız Qələbədən sonra bu seçki Zəfər seçkisi olacaq". Olaylar xəbər verir ki, bunu Milli Məclisin üzvü Hicran Hüseynova deyib: "İndiyə qədər keçirilən seçkilərdə Qarabağ, ərazi bütövlüyü məsələsi prioritet təşkil edirdi. Hətta heç bir seçki prosesində nailyyət qazanmayan, radikallar insanları pessimizmlə yükləyir, ərazilərimizin az qala heç vaxt azad olmayacağını iddia edirdilər. Lakin zaman göstərdi ki, vaxtı ilə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətu uğurla davam etdirərərk dövlətimizi daha da gücləndirən Prezident, Yeni Azərbaycan Partıyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyev qarşıya qoyulan bütün məqsədlərə nail olur. Ən vacib vəzifə isə ərazi bütövlüyünün və bütün ərazilərimizdə severenliyimizin tam bərpa olunması, ölkənin iqtisadi gücünün artırılması, xalqın rifah halının yaxşılaşdırılması, regionda və beynəlxalq aləmdə Azərbaycanın söz sahibi olması idi. Prezident son 20 ildə bu uğurlara nail oldu".