Yaxın Şərqdə yeni hərbi əməliyyatlar başlaya bilər- ÖZƏL
19 Dekabr 2023 10:47 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Yaxın Şərqdə ABŞ yeni siyasi nizam yaradır. Məhz Qəzzada İsrailin Həmasa qarşı əməliyyatının davam etdirilməsi Vaşinqtonun strateji planıdır. Vaşinqton Yaxın Şərqi Həmas, Hizbullah və Husilərdən təmizləmək istiqamətində hərbi əməliyyatları planlaşdırırdı". Olaylar xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib:
"Birinci olaraq hərbi əməliyyatlar Qəzza zolağında Həmasdan başlanıldı. Ötən gün ABŞ Yəməndə "Husilərə" qarşı hərbi əməliyyatlar keçirəcəyini bəyan etdi. Artıq İsraildə Livanda "Hizbullaha" qarşı quru əməliyyatlar keçirəcəyini vurğulayıb. ABŞ Həmasa qarşı müharibə başlayandan regiona təyyarə daşıyan gəmilər, silahlı birliklər göndərməsi əməliyyat coğrafiyasinı genişləndirəcəyindən xəbər verirdi.
ABŞ əsas strateji hədəfi Yaxın Şərqi tam nəzarəti altına almaq, Həmas, Hizbullah və Husiləri sıradan çıxarmaqla Hindistandan başlayan "Baharat" dəhlizinin təhlükəsizliyini təmin etməkdir. Qeyd edim ki, ABŞ İranla gizli danışıqlar apararaq regionda proksi qüvvələrə dəstəyini çəkməsini tələb edirdi. Amma, İran bu tələbi rədd etdi. ABŞ yeni hərbi əməliyyatlara başlaması gözlənilir.
Əgər, Hizbullahla İsrailin müharibəsi genişlənərsə, ABŞ bu təşkilata qarşı hərbi əməliyyatlara başlaya bilər. Qarşıda üç il ərzində Yaxın Şərqdə hərbi qarşıdurmalar genişlənəcək".