Bu yenə bir antiazərbaycan addımıdır... - Kazım Kazımov - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Təbii ki, bu Fransanın Azərbaycana qarşı növbəti düşmən addımıdır. "

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a  açıqlamasında bildirib:
"Təxminən 40 ildir, 1980-ci illərin sonlarında  Azərbaycanda Milli Oyanış Hərəkatı başladığı dövrlərdə belə Qərb mətbuatı, xüsusən fransız mətbuatı Qarabağ problemini çox fərqli şəkildə yansıdırdı. Sanki, Qarabağ bir erməni torpağı imiş kimi qələmə verməyə çalışırdılar. Təəssüflər olsun ki, bu Fransa mətbuatında bir qara ləkədir. Biz xüsusən Fransadakı ermənipərəst lobbisinin və ayrıca etnik erməni lobbisinin bu fəalliyətinin təzahürünü görürük. Bunların pik həddə gəldiyi dövrlər 44 günlük Vətən Müharibəsi və ondan sonra sentyabr ayında keçirilən antiterror tədbirləri  zamanı olmuşdur. Lakin həm o dövrdə, həm də bu günlərdə belə bəyanatların, Fransanın Azərbaycana hədələrinin heç bir əhəmiyyəti yoxdur. Birincisi, Azərbaycan onların hədələrinə hədə ilə cavab verir. İkincisi, Fransanın Cənubi Qafqazda da, bu regionda da heç bir güclü siyasəti yoxdur, ola da bilməz. Çünki, Fransanın müttəfiqi Ermənistandır. Ermənistan da həm döyüşdə, həm diplomatik mübarizədə məğlub olmuşdur. Bu gün bütün dünya  Azərbaycan xalqının qələbəsini görür. Bütün dünya da, beynəlxalq hüquq da, beynəlxalq mətbuat da, ictimai rəy də, "Qarabağın Azərbaycan olduğunu" bilir, tanıyır, qəbul edir. Fransanın bu addımı açıqcası bizi çox da təlaşlandıracaq və ya qara düşüncələrə salacaq bəyanat deyil. Bu tipik erməni lobbisini razı salmaq, erməni lobbisinə gələn maddi dəstəklərdən qorumaq üçün yenə bir antiazərbaycan addımıdır. Təbii ki, bu addımın özünə baxdığımızda birincisi, nəyin harada keçirilib keçirilməyəcəyini Fransa ictimaiyyəti və erməni lobbisinin Fransa şöbəsi qərar vermir.  Azərbaycan bu günə qədər dəfələrlə böyük beynəlxalq  konfranslar, forumlar,  hətta müxtəlif idman, şou, hərbi  tədbirlər keçirmişdir və bundan sonra da keçirməyə davam edəcək. Biz sadəcə bu tədbirlə bağlı deyil, sonrakı dönəmlərdə də belə bəyanatlar görəcəyik. Həm Fransadakı erməni lobbisindən, həm onlara yaxın lobbilərdən, həm də digər Qərb ölkələrindən, Rusiyadan,  ABŞ-dən, harda erməni lobbisinin müəyyən qədər gücü varsa onlar maddi maraqlar üzərinə birlikdə işlədikləri dırnaqarası siyasi və ictimai çevrələrdən belə müraciətlər edəcəklər. Ancaq bunların heç bir əhəmiyyəti yoxdur. Azərbaycan COP-29 konfransının tədbirini keçirəcək. Onun da inşallah ki, Azərbaycana, dünyadakı beynəlxalq imicimizin yüksəlməsinə yönəlik nəticələrini də görəcəyik. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31