Bu münasibətlər təəccüb doğurmamalıdır - Fuad Şahbazov - ÖZƏL
18 Dekabr 2023 19:19 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycanın gələn il COP-29-a evsahibliyi etməsi diplomatik müstəvidə Azərbaycan hökümətinin əldə etdiyi əsas nailiyyətlərdən biridir. Nəzərə alsaq ki, COP-29 çox mötəbər bir tədbirdir."
Bu sözləri Olaylar.az-a açıqlamasnda siyasi şərhçi Fuad Şahbazov bildirib:
"Hazırkı qlobal məsələləri nəzərə aldıqda kifayət qədər aktual məsələlərə (iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi) toxunan tədbirdir. Bundan irəli gələn öhdəliklər var. Fransa və ya başqa dövlətlərin bununla bağlı müəyyən qədər spekulyativ məlumatlar paylaşması təəccüblü gəlməməlidir. Bunun üçün əsas Azərbaycan-Fransa arasındakı diplomatik münasibətlərə baxmaq lazımdır. Məlum səbəblərə görə, diplomatik münasibətlər çox da məhsuldar deyil. Azərbaycanın da Fransanın bu mövqeyinə tənqidi yanaşması da təəccüb doğurmamalıdır. İstər Qarabağ məsələsi fonunda, istər Fransanın müəyyən dövlət rəsmilərinin Azərbaycanla bağlı səsləndirdikləri fikirlərlər təəccüb doğurmur. Fransa, Fransanın dövlət və qeyri-dövlət rəsmiləri dövlət səviyyəsində, ya da indevidual qaydada Azərbaycanın rolunu təndiqi qiymətləndirirlər. COP-29 Azərbaycanın "yumşaq güc" diplomatiyası konteksində Fransa, onun qurumları, təşkilatları, dövlət və qeyri-dövlət təşkilatlarına qarşı mübarizə aparmağın əsas təsirli faktoru kimi Azərbaycan üçün çox təsirli addımdır."