Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Olaylar.az-a bildiriblər ki, dekabrın 11-dən 17-dək Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 22, tank əleyhinə 17 mina və 234 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 326,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31