İlham Əliyevə rəqib olacaq alternativ namizəd yoxdur
18 Dekabr 2023 16:02 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"7 fevralda keçiriləcək növbədəkənar prezident seçkiləri Azərbaycanın yaratdığı reallığın nəticəsidir və bu seçki özü yeni bir reallığın yaranmasına səbəb olacaq". Bunu "Olaylar"a açıqlamasında deputat Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, artıq seçki prosesinə start verlib və indiki mərhələdə prezidentliyə iddialılar öz namizədliklərini irəli sürməkdədir: "Namizədliyn irəli sürülmə prosesi bir daha onu göstərir ki, seçki prosesi tam demokratik qaydada gedir və hamı üçün bərabərhüquqlu şərait yaradılıb. Namizədliyini irəli sürənlər sırasında cənab İlham Əliyevlə yanaşı, siyasi müxalifəti təmsil edən şəxslər də var". Bununla belə deputat hesab edir ki, bu gün təkcə ölkəmizdəki siyasi qüvvələr deyil, həmçinin dünyada da cənab İlham Əliyevə rəqib olacaq hər hansı alternativ namizədin olmadığını yaxşı bilirlər: "Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə - son 20 ildə Azərbaycan regionun lider dövlətinə çevrilib, respublikamızın hərbi-strateji qüdrəti, iqtisadi gücü və siyasi nüfuzu əhəmiyyətli dərəcədə artıb. Azərbaycan qüdrətli və qalib dövlətə çevrilib. Bütün bu reallıqların müəllifi Prezident İlham Əliyevdir. Ona görə də tarixi Zəfər yürüşünün davam etməsi, postmüharibə dövründə yeni hədəflərin reallaşdırılması üçün cənab İlham Əliyevin növbəti dönəmdə də ölkəmizə rəhbərlik etməsi vacibdir. Hesab edirəm ki, bu baxımdan cənab İlham Əliyevin növbədənkənar seçkilərdə prezidentliyə namizədliyinin irəli sürülməsi bütövlükdə Azərbaycan xalqının iradəsinin təzahürü kimi qiymətləndirilməlidir. Yeni reallqılar Azərbaycanın qarşısında yeni hədəflər qoyub. Yeni hədəfimiz daha güclü Azərbaycandır. Daha güclü və qüdrətli Azərbaycana isə ancaq və ancaq cənab İlham Əliyevin liderliyi altında nail olmaq mümkündür. Amma hər zaman olduğu kimi, ölkəmizin uğurlarını həzm edə bilməyən anti-Azərbaycan güclər bu dəfə də daxildəki uzantılarından istifadə etməyə və peroseslərə kölgə salmağa çalışırlar. Anti-Azərbaycan güclər hər zaman oldğu kimi, daxildəki uzantıları olan radikal müxalifətin "xidmətindən" faydalanmağa çalışır.
Siyasi qüvvənin əsas vəzifəsi seçkidə iştirak etməklə hakimiyyətə gəlməkdir. Bu baxımdan seçki siyasi partiyalar üçün bir fürsət və platformadır. Amma radikal müxalifət seçkidə iştirak edib onlara yaradılan fürsətdən faydalanmaq əvəzinə yenə də imtina yolunu seçirlər. Düzdür, bu da təsadüfi deyil. Bu yolla onlar öz siyasi uğursuzluqlarını ört-basdır etmək istəyir. İştirak etsəydilər belə, bəlkə onlara namizədin qeydə alınması üçün laızm olan imzanı toplaya bilməycəkdilər. Əgər onlar "Siyasi partiyalar haqqında" qanunun tələbinə uyğun olaraq qeydiyyatdan keçmək üçün olan imzanı bir neçə dəfəyə toplaya bildilərsə, prezident seçkilərində lazım olan 40-50 min imzanı necə toplaya bilərdilər?... Ona görə də seçkidən imtina yolunu seçib ucuz demaqogiya ilə məşğuldurlar. Onların bu ucuz demaqogiya yalnız və yalnız onların öz ziyanına işləyir. Bununla onlar Azərbaycanın qələbəsinə və uğurlarına qarşı çıxan, ona sevinmədikləri ilə bağlı iş üzlərini cəmiyyətə göstərmiş olacaqlar. Düzdür, xqalq onları 30 ilə yaxıdnır tanıyır, amma bu seçkilər bir daha onların iç üzünü açmış olacaqlar. Xalq kimin kim olduğunu görəcək".