Təmiz strategiya kirli meydançada aparıla bilməz - Şəbnəm Həsənova - ÖZƏL
18 Dekabr 2023 15:40 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Seçkilər ərəfəsində müəyyən şəxslərin reinkarnasiyasına, fikirlərdə isə dejavu əlamətlərinə rast gəlirik. " Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a olan açıqlamasında bildirib:
"Ən çox da radikal müxalifətin real hadisələri təsvir etmək imkanlarından kənar, bu qabiliyyətdən isə məhrum olduqlarının bir daha empirik olaraq şahidiyik. Tək bir cümlə ilə ifadə etsək, təmiz strategiya kirli meydançada aparıla bilməz.
Tarixi seçkilərdə iştirakı bütün xalq gözləyir. Xalqla olan istənilən təmasda ümumi və bitkin fikir bundan ibarətdir ki, biz Liderimizi ömürlük seçmişik. Seçkidən sonrakı period böyük strateji dönəm olacaq və insanlar da buna fokus olub. Azərbaycanın müstəqillik tarixində ilk dəfə bütün suveren ərazilərimizdə seçki keçiriləcək. Müxalifət də prosesə şəxslər üzərindən yanaşmayıb, ölkəni və xalqı belə düşünən olsaydı bütün Azərbaycan boyu keçirilən seçkidə mübarizə aparardı. Tövsiyə xarakterlidir ki, bu, onlar üçün də bir ilk olardı. Narazısan? Meydan sənindir, mübarizə apar. Daha boykot niyə? Bu sualın cavabı ondadır ki, radikal müxalifətin növbədənkənar Prezident seçkilərini boykot qərarı istənilən, müxtəlif şəraitdə məğlubiyyət strategiyasıdır. Bu isə nəinki qeyri-legitim, həm də təkcə acizlikdən irəli gələn qərar deyil. Aralarında kvalifikasiyalı biri var ki, meydana da çıxarda bilsinlər? Mütləq həqiqətdir ki, sosial dayağı olmayan kəslərin istənilən qərarı cəmiyyət tərəfindən ciddi qəbul olunmur. Bir tərəfdə xalqın üzərindən məğlubiyyət damğasını götürən, ona Zəfər bəxş edən gərçək bir Lider, digər tərəfdə isə tərəfi və siması tarix boyu bəlli olmayan kəslər. Bütün sualların cavabı isə bu cümlədə aydındır. "