Fransanın dırnaqarası ictimai-siyasi xadimlərinin heç nəyə gücü çatmaz-Elşad Həsənov- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Son illər Fransa hər dəfə özünü gülünc çıxışları ilə biabır edir və dünya ictimaiətinin gözündən düşürür."

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov bildirib:

"28 il ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa heç nə etmədi. Məsələlərin çözülməsinə dəstək olmadı, bizi məğlubiyyətlə barışmağa sövq etməyə çalışdı. 44 günlük müharibə zamanında da daima Ermənistanın yanında oldu.  Vətən müharibəsində qələbə qazanandan sonra, açıq-aşkar bildirdi ki, biz Ermənistanın böyük bacısıyıq və ona dəstək olacağıq. O vaxtdan bəri  Ermənistanı silahlandırır, zirehli maşınlar, müşahidəçilər göndərir. Nə qələt etsə də, heç bir köməyi olmur. Azərbaycanın sentyabrın 20-də keçirdiyi antiterror tədbirləri  ilə separatçı rejim özünü buraxdı və Qarabağ iqtisadi zonasında olan qeyri-qanuni erməni silahlı birləşmələri məğlub oldu, silah - sürsatlarını atıb, rədd olub getdilər. Bununla da Fransa daha da quduzlaşdı, çılğınlaşdı. Azərbaycana qarşı ittihamlar irəli sürdü.  Həm Emmanuel Makron, həm onun Xarici İşlər naziri Katrin Kolonna Azərbaycana qarşı olmazın iftiralar atmağa başladılar. Heç kim onların sözünə əhəmiyyət vermədi, verəsi də deyillər. 
BƏƏ-də keçirilən COP-28-dən sonra Dubayda COP-29 tədbirinin keçirilməsi haqqında müzakirələr oldu. Azərbaycanın apardığı siyasət nəticəsində öz namizədliyini irəli sürən ölkələrdən Bolqarıstan və Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdü və Azərbaycana səs verdi. Fransanın bir qrup dırnaqarası ictimai-siyasi xadimlərinin müraciəti əsassızdır. Heç nəyə gücləri çatmaz. Bir daha özlərinin yürütdüyü islamafob və Azərbaycana nifrət dolu fikirləri özünü daha da biruzə verir və onların heç vaxt obyektiv olmadıqlarını ortaya qoyur. Azərbaycanda keçiriləcək COP-29 tədbiri üçün artıq Azərbaycan Prezidenti müşavirə keçirib və hazırlıqlar başlanılıb. 11 aydan az müddət qalıb,  Azərbaycanda hazırda bu sahədə işlər gedir. Fransanın özünü yırtmasının bir xeyri yoxdu. Azərbaycanda həmişə böyük beynəlxalq tədbirlər keçirilib. Bu gün Azərbaycan Cənubi Qafqazda belə tədbirlərin keçirilməsi üçün nümunədir. Bu gün Cənubi Qafqazda yox, elə keçmiş MDB ölkələrində də. Fransa özünü yırtsa da, bu tədbir bizdə yüksək səviyyədə keçiriləcək və bizim düşmənlərimiz kor olacaq, sevən qüvvələr isə sevinəcək. Ona görə də, Qərbi Azərbaycan İcması bəyanatında haqlıdır. Biz Fransanın bizə qarşı olan hiddətini başa düşürük. Çünki, onların dəstəklədikləri Ermənistan özü bizə səs verdi və bizim xeyrimizə də öz namizədliyini götürdü. İndi nə edirlər, etsinlər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31