Fransa hansısa bir məsələ ilə bağlı fikir bildirmək və söz demək hüququnu çoxdan itirib - Tural İsmayılov - ÖZƏL
18 Dekabr 2023 15:04 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Əlbəttə ki, Qərbi Azərbaycan İcmasının bu bəyanatı çox vacib detalları özündə əks etdirib. " Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Birincisi, bu gün Fransa hansısa bir məsələ ilə bağlı fikir bildirmək və söz demək hüququnu çoxdan itirib. Çünki, bu ölkənin istismarçı və eyni zamanda, həqiqətdən uzaq mövqelərini dünyada ədalətsizliyin daha da dərinləşməsinə səbəb olub. Bu gün Fransanın səbəb olduğu istila siyasətinin dünyaya nələr bəxş etdiyi çox aydın görünən bir şeydir. Ona görə belə bir istismarçı, istilaçı və neoimperialist qüvvənin dırnaqarası ictimai xadimlərinin Azərbaycanın COP29 tədbiri ilə bağlı evsahibliyinə etiraz etməsi absurd və gülüncdür. Fransa uzun illər birmənalı ermənipərəst rol tutaraq dünyada nə qədər ədalətsiz olduğunu ortaya qoyub. Bu gün Fransanın ictimai siyasi xadimlərinin demək olar ki, bir çoxu erməni lobbisinim çirkli pullarının təsiri altındadır. Erməni diasporasının Fransadakı illegal əldə etdiyi gəlirlərin əsirinə çevrilərək reallığı həqiqətləri görməzdən gəlirlər. Bu baxımdan Fransa ictimai-siyasi xadimləri adı altındakı bir qrup təxribatçının, təxribatçının Azərbaycan əleyhinə hansısa açıqlamalar verməsi hesab edirəm ki, bizi o qədər də narahat edən bir məqam deyil. Çünki, artıq bu qərar verilib və BMT-nin iqlimlə bağlı dünya səviyyəli bu önəmli tədbiri onsuz da Azərbaycanda keçiriləcək. Sadəcə olaraq, Fransanın müəyyən siyasi dairələri bu tip addımları atmaqla siyasi riyakarlıqlarını bir daha ortaya qoyurlar. "