İlham Əliyev Azərbaycanın strateji inkişaf konsepsiyasını uğurla həyata keçirir

"Prezident İlham Əliyev son 20 ildə Azərbaycanın strateji inkişaf konsepsiyasını hazırladı və uğurla həyata keçirir. O, torpaqlarımızın 30 il davam edən işğalına son qoyaraq Azərbaycanın ən böyük problemini həll etdi". "Olaylar" xəbər verir ki, bunu deyən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayevin sözlərinə görə, dövlət başçısı İlham Əliyev adını çoxəsrlik dövlətçilik tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı: "O, keçmiş ənənələr üzərində müasir ölkəmizin yeni reallıqlarını yaratdı, güclü və müstəqil Azərbaycan naminə çalışdı. Bununla da xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazanaraq liderlik keyfiyyətləri ilə Azərbaycan vətəndaşlarının qəlbində özünə əbədi yer qazandı.

Cənab İlham Əliyevin ilk dəfə Prezident seçildiyi vaxtdan ötən 20 il zaman baxımından qısa dövr olsa da uğurların, Azərbaycanın təqdimatına edilən əlavələrin miqyası baxımından zəngin dövrdür. 20 ildə bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq ərazi bütövlüyümüz bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31