Soydaşlarımızın torpaq həsrətinə son qoyan qalib Prezident- ÖZƏL
18 Dekabr 2023 13:25 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin üzvü Nurlan Həsənov deyib: "Dövlətimizin başçısı müasirlik ənənələrinin dərin köklərinin olduğu və modern Azərbaycanın da məhz bu bünövrə üzərində qurulduğu dövlətin Prezidentidir. Cənab İlham Əliyev, həmçinin müasir, demokratik, ali qanunvericilik və çox güclü sosial siyasətə malik, iqtisadi cəhətdən inkişaf etmiş və regionda güclü mövqeləri olan ölkənin Prezidentidir. O, 30 il dünyadan ədalət gözləyən Qarabağ münaqişəsini həll edərək, soydaşlarımızın torpaq həsrətinə son qoyaraq adını tarixə qalib Prezident kimi yazdıran dövlət xadimi, yenilməz Sərkərdədir. Xalqımız hər zaman bu tarixi Zəfəri bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza minnətdardır. Tarix yazan qəhrəmanlarımızın-şəhidlərimizin ruhu qarşıında baş əyir, qazilərə şəfa diləyir".