İlham Əliyev Azərbaycanda milli həmrəyliyimizin təməlini yaratdı- ÖZƏL
18 Dekabr 2023 12:22 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Prezident İlham Əliyevin adı Azərbaycanın son 200 illik tarixinə Qalib Sərkərdə, torpaqlarımızı işğaldan azad edib, bütöv Azərbaycan quran dövlət başçısı kimi yazıldı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin üzvü Kamilə Əliyeva deyib. Bildribi ki, Cənab İlham Əliyevin xalqımızın qarşısındakı misilsiz xidmətlərindən bəhz edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır:
"Prezident İlham Əliyev Azərbaycanda siyasi dialoqun əsasında milli həmrəyliyimizin təməlini yaratdı. Ölkə başçımızın daxili və xarici siyasətinin prioritetini Azərbaycanın güclü dövlətə çevrilməsi və Azərbaycan xalqının rifahı və həyat səviyyəsinin yaxşılaşdırılması təşkil edir. Prezident seçildiyi 20 il ərzində cənab İlham Əliyev xalqa verdiyi vədləri yerinə yetirib. Cənab İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın dünyada siyasi və iqtisadi imkanları möhkəmlənib. Regionda həyata keçirilən bütün beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə reallaşdırılır".