"Azərbaycanla Ermənistan arasında pərdəarxası danışıqlar gedir” - Politoloq
18 Dekabr 2023 12:01 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Gələn ilin əvvəlində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Artıq Ermənistan tərəfi sülh müqaviləsi və kommunikasiyaların açılması haqda çox nikbin bəyanatlar verir. Hətta sərhədlərin delimitasiyası ilə bağlı da müsbət mesajlar verilir. Belə anlaşılır ki, Azərbaycanla Ermənistan arasında əlaqələr qurulub, videogörüşlər keçirilir. Tərəflər arasında sülh müqaviləsi ilə bağlı birbaşa mübadilə var, pərdə arxasında intensiv danışıqlar gedir".
Olaylar.az xəbər verir ki, bunu Bakupost.az -a politoloq Qabil Hüseynli bildirib.
Onun dediyinə görə, sülh müqaviləsi üzrə bütün prinsipial məqamların hamısı uzlaşdırılıb, təkcə sazişin çərçivəsini müəyyənləşdirmək lazımdır, bu da sadəcə, texniki məsələdir:
"Ermənistan parlamentinin spikeri Alen Simonyan da bildirib ki, sülh müqaviləsi hazırdır, qalır onu imzalamaq. Ermənistan çox tələsir. Çünki Ermənistanda da erkən seçki keçiriləcək, tələsirlər ki, buna qədər sülh müqaviləsi bağlansın".