İlham Əliyev adını dünyanın hərb tarixinə əbədi həkk edib- ÖZƏL
18 Dekabr 2023 11:58 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Ulu öndər Heydər Əliyevin yaratdığı ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası yenidən növbədənkənar prezident seçkilərinə vahid namizədi- müzəffər Ali Baş Komandan İlham Əliyev ilə qatılır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Elman Nəsirov deyib: "Elə bir rəhbərlə ki, tarixi zəfəri ilə öz adını təkcə ölkəmizin zəngin döyüş tarixinə deyil, dünyanın qalibiyyətlərlə dolu hərb tarixinə əbədi həkk etmişdir. Bu baxımdan İlham Əliyev tarixi şəxsiyyətdir. Tarix yazan və tarixə yazılan sərkərdədir. Xalqın gözü tərəzdir. Müdrik xalqımızın yenidən düzgün seçim edərək qalibiyyətlər tariximizin davamına səs verəcəyinə tam əminik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31