Gələn il Azərbaycan dünyanın mərkəzinə çevriləcək- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Gələn il bütün dünyanın gözü Bakıda olacaqdır. Azərbaycan dövləti dünya ölkələrini bir masa ətrafına yığaraq planet üçün vacib olan iqlim dəyişikliyi məsələsinin müzakirəsinin keçirildiyi toplantıya sədrlik edəcəkdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi barədə qərarın yekdilliklə qəbul edilməsi sadəcə bir toplantının keçirilməsi anlamı daşımır: "Bu qərar birincisi, böyük uğur olub, Azərbaycan dövlətinə, Prezident  İlham Əliyevə növbəti etimad, inam və hörməti göstərir, dövlət başçısının beynəlxalq nüfuzunun ölçülərindən biridir.
    İkincisi, bu etimad və hörməti Azərbaycan dövləti ötən illərdə yürütdüyü siyasəti ilə qazanıb. Nəticədə ölkənin mövqeləri güclənib, beynəlxalq aləmdə hörmət artıb. Azərbaycan bu hörməti əməli, işi, müstəqil siyasəti, prinsipial mövqeyi, beynəlxalq hüquqa olan sədaqəti ilə əldə edib. 
     Üçüncüsü, bu qərarın qəbul edilməsində ölkəmizin bütün ərazisində suverenliyin bərpa edilməsi xüsusi rol oynayıb. Belə bir qərarın lokal xarakterli antiterror tədbirlərindən qısa bir müddət sonra hamı tərəfindən qəbul edilməsi həm dünya ictimaiyyətinin Azərbaycana dəstəyini, həm də Ermənistanın və onun havadarlarının mövcud vəziyyətlə barışdığını göstərir".
        Onun bildirdiyinə görə, təqribən 70-80 min adamın ölkəmizə gəlməsi gözlənilir. Bu, eyni zamanda turizmin inkişafında müəyyən rol oynayacaqdır: "Müşavirədə dövlət başçısının söylədiyi belə bir fikir prinsipial əhəmiyyət daşıyır ki, bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir, beynəlxalq birlik 30-40 ölkə deyildir. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr də yekdilliklə Azərbaycana dəstəyini göstərib. Gələn il Azərbaycan dünyanın mərkəzinə çevriləcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31