Türkiyənin baş konsulluğunda anma mərasimi keçirilib
17 Dekabr 2023 13:41 SiyasətOlaylar.az- ın verdiyi məlumata görə 17 dekabr 1980-ci ildə Sidneydə erməni terrorçuları tərəfindən xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan Baş konsul Şarık Arıyak və Mühafizə Baş Müfəttişi Engin Sever Avstraliyanın Sidney şəhərindəki Türkiyə Baş Konsulluğunda hər il olduğu kimi 17 dekabr bazar günü mərasimlə anılıb:
Mərasimdə Türkiyənin Böyük Səfirliyi cənab Ufuk Gezer və Türkiyənin Baş Konsulu cənab Ali Sevim və Avstraliya Azərbaycan Assosiasiyası Mikayıl Oyta bu mərasimə rəsmi dəvət olunmuş və iştirak etmişdir. Mikayıl Oyta şəhidlərimizi əklil və ehtiramla yad edib.
Avstraliya Azərbaycan Assosiasiyası Mikayıl Oyta bildirib ki, "Biz Avstraliya federal və NSW ştatının tez bir zamanda erməni terrorçularını taparaq ədalət məhkəməsinə verməyini istəyirik. "
Mərasim bu il Türkiyənin baş konsulluğunda keçirilib.
"Şəhid olan Şərik Ariyak baş konsul və baş komissarın ruhu şad olsun, ruhları şad olsun. "