Türkiyə hər zaman Azərbaycanın yanındadır - Yaşar Gülər

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Türkiyə hər zaman Azərbaycanın yanındadır.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Gülər bildirib.

"Qafqazda təhlükəsizlik və sülhün yolu Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsinin imzalanmasından keçir. Azərbaycanla strateji müttəfiqliyimizi möhkəmləndirmək və əməkdaşlığımızı dərinləşdirmək üçün birgə səylərimiz uğurla davam edir. Xüsusilə müdafiə sənayesi və hərbi əməkdaşlıq sahələrində sarsılmaz həmrəyliyimizi daha yüksək səviyyələrə çatdırmaq üçün davamlı olaraq çalışırıq", - deyə nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31