Ersin Tatar Türkiyə, Azərbaycan və Özbəkistandan səfər edən alim və iş qadınlarını qəbul edib - FOTO
16 Dekabr 2023 18:03 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Olaylar.az xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Türkiyə, Azərbaycan və Özbəkistandan səfər edən alim və iş qadınlarını qəbul edib. Görüşdə Tatar Türk Dünyası qadınlarını Şimali Kipr Türk Respublikasında görməkdən məmnunluğunu ifadə edib. Türk dövlətlərinin birlikdə daha güclü olacağına işarə edən prezident Tatar, "Əsrlərdir bizi ayırdılar, amma biz dilimizi, dinimizi, mədəniyyətimizi qoruyub saxladıq" deyə vurğulayıb.
Qadınlar arasında əlaqələrin genişlənməsinin və əməkdaşlıq istiqamətində addımların atılmasının əhəmiyyətindən bəhs edib. Kiprin Birinci xanımı Sibel Tatar türk dövlətlərində qadın inkişafının və layiq olduqları yeri tutmalarınln sevindirici olduğunu bildirib. Əlavə edib ki, qadınlarımız arasında birliyin güclənməsi bütün türk dünyası üçün ciddi əhəmiyyət kəsb edir. Çıxışlardan sonra Prezidentə və Birinci xanıma hədiyyələr təqdim olunub. Görüşdə ölkəmizi bir qrup ziyalı xanım təmsil edib.






yeniazerbaycan.com